00:00:00
Yazar
Admin User
05.10.2025 19:40 144 1 dəq oxuma
Hadisə

Tərtərdə ağır qəza

Tərtərdə ağır qəza

Tərtərdə yük və minik maşınları toqquşub, ölən və yaralanan var.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, hadisə Tərtər-Hindarx yolunun Tərtər rayonunun İlxıçılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, "QAZel" markalı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik maşınının sürücüsü, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Həsənov Eltun Müşviq oğlu həyatını itirib.

 

Yük maşının sürücüsü, Tərtər rayon sakini 1962-ci il təvəllüdlü İsbəndiyarov Qamət Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər