Tərtərdə köməkçi tikili yanıb
Kəngərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin dam örüyünün yanar konstruksiyaları yanıb.
Tərtər rayonu, Kəngərli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin dam örüyünün yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
