Türkiyədə yenidən meşə yanğını
Türkiyənin Antalya şəhərinin Finike rayonundakı meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
"İnformator.az" xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, yanğın 6 yanğınsöndürmə maşını və canlı qüvvələrin səyləri nəticəsində söndürülüb. 2 helikopter isə havadan dəstək verib.