00:00:00
Yazar
Hüseynova Mələk
09.11.2026 14:15 26 2 dəq oxuma
Siyasət

Türkiyə Prezidentindən tarixi Zəfər mesajı: Qardaş Azərbaycan qəhrəmanlıq dastanı yazıb

Türkiyə Prezidentindən tarixi Zəfər mesajı: Qardaş Azərbaycan qəhrəmanlıq dastanı yazıb

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfər dastanı, xalqımızın əzmkarlığı və qəhrəmanlığının təntənəsidir. Bu tarixi prosesin hər anında Azərbaycan və Türkiyənin birliyi, iki qardaş ölkənin çiyin-çiyinə dayanması bütün dünyaya nümunə oldu. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, "Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad edib".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında deputat Azər Allahverənov bildirib ki, 30 illik işğala son qoyan möhtəşəm Zəfər nəticə etibarilə Azərbaycan xalqının milli yaddaşında sadəcə hərbi qələbə deyil, həm də milli özünüdərkin tarixi ədalətə inamın və dövlətçilik düşüncəsinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən fundamental dönüş nöqtəsidir:

 

"Qarabağ mövzusu yalnız keçmişin ağrılı xatirəsi olmaqdan çıxaraq milli həmrəyliyin və gələcəyə yönəlmiş inkişaf strategiyasının mühüm komponentinə çevrilib. Çünki Zəfər xalqın öz gücünə, dövlətin imkanlarına və milli birliyinin inamının artması ilə nəticələnib. Eyni zamanda bu həm də gənc nəsil üçün çox əhəmiyyətlidir, çünki yeni nəsil artıq öz tarixini yalnız faciələr, itkilər və mübarizələr nümunələri üzərindən deyil, həm də suverenliyin və ərazi bütövlüyünün bərpasını əsasında dərk edir. Bu baxımdan Zəfər milli psixologiyada qurbanlıq və məhrumiyyət təcrübəsindən fəal quruculuq və gələcəyə məsuliyyət yanaşmasına keçid üçün mühüm zəmin yaradıb".

 

Deputat qeyd edir ki, Türkiyə ilə Azərbaycan 44 günlük Vətən müharibəsi və ondan da qabaq iki dövlət, bir millət konsepsiyasına uyğun olaraq hər zaman bir-birinin yanında olub. Ən çətin vəziyyətlərdə belə biz qardaş Türkiyənin yanımızda olduğunu hiss etmişik. Eynilə də Azərbaycan hər zaman Türkiyənin çətin günlərində yanında olub:

 

"Gücümüzü bir-birimizə bağlayan ortaq tarix, ortaq mədəniyyət, ortaq dəyərlərimiz var və bu bağlar bizi daha da bir-birimizə bağlı edir. Bu gün artıq cənab prezidentin Şuşada etdiyi son çıxışda da qeyd olunduğu kimi bu münasibətlər sonrakı mərhələdə Şuşa bəyannaməsinin imzalanması ilə hüquqi müstəviyə çıxarılıb. Amma bu münasibətlər çox dərin tarixi köklərə malikdir və o köklərə ki, bir məfkurədən doğur, bir düşüncədən irəli gəlir Cənab Prezident İlham Əliyev öz çıxışında bu məsələni xüsusilə, qeyd edib ki, dünyada belə bir münasibətə malik olan ikinci bir qardaş xalqı göstərə bilmərik. Çünki iki qardaş xalq arasında olan münasibətlər ən yüksək səviyyədə bərqərar edilmiş və hər tərəfli bir tərəfdaşlıq fəlsəfəsinin bərqərar edilməsinə xidmət edən siyasi bir fəaliyyət spektrini müəyyənləşdirib”.

 

Xədicə İsmayılova

 

#Zəfər #Türkiyə #Qəhrəman #dastan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər