Təyyarə fövqəladə vəziyyətdə özü eniş edib
Aviasiya tarixində ilk dəfə olaraq bir təyyarə uçuş zamanı yaranan fövqəladə vəziyyətdən sonra tam avtomatik şəkildə eniş edib. Hadisə “Beechcraft Super King Air 200” təyyarəsində qeydə alınıb.
Eniş “Garmin” şirkətinə məxsus Autoland sistemi vasitəsilə Denver yaxınlığındakı hava limanında həyata keçirilib. Təyyarədə olan iki nəfər xəsarət almayıb. Məlumata görə uçuş zamanı kabinədə sürətli təzyiq itkisi baş verib və sistem təhlükəsizlik mexanizmi kimi avtomatik aktivləşib. Bu Autoland sisteminin real fövqəladə vəziyyətdə ilk tam tətbiqi olub.
Cnn News
Ədilə Hüseynzadə
