00:00:00
Yazar
Admin User
22.11.2025 09:20 98 1 dəq oxuma
Hadisə

Ucarda traktorla maşın toqquşub

Ucarda traktorla maşın toqquşub

Ucarda yol qəzası olub.

 

“İnformator.az” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan “Hunday Elantra” markalı minik maşını ilə traktor toqquşub. Hadisə zamanı Ucar rayon sakini, 1964-cü il təvəllüdlü Zöhrab Sabir oğlu Hacıyev və Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Dursun Rövşən oğlu Əhmədov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Hüquq- mühafizə orqanları hadisə yerində araşdırma aparır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər