Ucarda yanğın olub
Ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli 5 otaqlı evin tüstü bacasının içində qurum yanıb.
Ucar rayonu, Bərgüşad kəndində (rayon mərkəzindən 33 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli 5 otaqlı evin tüstü bacasının içində qurum yanıb.
İnformator FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, ev yanğından mühafizə olunub.
Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
