UEFA Çempionlar Liqası A qrupunun üçüncü matçında Almaniya nəhəngi "Bavariya" ilə qarşılaşacaq
UEFA Çempionlar Liqası A qrupunun üçüncü matçında Almaniya nəhəngi "Bavariya" ilə qarşılaşacaq "Qalatasaray"ı maraqlandıran suallardan biri də Mauro İcardinin meydana çıxıb-çıxmayacağıdır.
Beşiktaş derbisində sağ dabanından zədə alan argentinalı ulduzun müalicəsi davam edərkən, sabah keçiriləcək oyun öncəsi yeni bir hadisə yaşanıb. "Qalatasaray"ın "Beşiktaş"ı 2:1 hesabı ilə məğlub etdiyi matçda 2 qol vuraraq daha bir rekorda imza atan Mauro İcardi dərbidən sonra meydanı axsayaraq tərk edib.
Yoxlamalardan sonra sağ ayaq biləyinin peroneal vətərlərinin və vətərin üstündəki torlu qişa toxumasının MRT-də zədələnmə və qanaxma aşkar edilib. Müalicəsi intensiv şəkildə davam edən İcardi texniki heyətə Çempionlar Liqasında Bayern Münhenlə matçda meydanda olmaq istədiyini bildirib.
Mauro İkardinin sabahkı matça hazır olub-olmayacağı ilə bağlı suala Okan Buruk belə cavab verib: "Mauro məşqlərə başlayacaq. Qiymətləndirmə aparacağıq. Onunla bağlı tam qərarı sabah verəcəyik".
Aydan İsayeva
Mənbə: Hürriyət
