Uefa çempionlar liqası turnirini fərqli formada keçirməyə məcbur olacaq.
Avropa Super liqası proyekti yenidən gündəmə gəlib. Son qərar ilə UEFA və FİFA
Avropa Super liqasına qarşı hər hansı bir sanskiya tətbiq edə bilməyəcək.
Məsələ ilə bağlı futbol şərhçisi Ramiz Mirzəzadə informator.az-a açıqlama edib.
Şərhçinin sözlərinə görə, bu proyektin reallaşması UEFA üçün ciddi rəqabət deməkdir.
"Məncə, UEFA və Super Liqa arasındakı mübarizə bundan sonra daha da dərinləşəcək. İstənilən halda Super Liqa ideyası reallaşsa, bu təbii ki, UEFA-nın keçirdiyi turnirlərə oponent bir yarışın başlaması demək olacaq. Amma orda komandaların Super Liqaya qoşulması faktı hələ ki qeyri-müəyyəndir. Hansı adda komandalar sambalından asılı olaraq bu liqanı seçəcəyi dəqiq bilinmir. Yalnız ‘’Real Madrid’’, ‘’Barselona’’ , ‘’Napoli’’ və ‘’Yuventus’’ bu layihəni dəstəkləyir.Əlbəttə ki, ortada ciddi maliyyə qazancı olacağı və sanksiyaların olmayacağı təqdirdə digər iddialı komandaların da bu liqanı seçmək ehtimalı var’’.
Ramiz Mirzəzadə qeyd edib ki, UEFA artıq dəyişikliklər etməyə məcbur olacaq.
‘’Artıq Uefa çempionlar liqası turnirini daha fərqli formada keçirməyə məcbur olacaq. Həmçinin, Klubların qazancını artırmalı olacaq. Perezin ideyasının məhkəmədə qalib gəlməsi məncə tarixi bir dəyişikliyə səbəb ola bilər. Bu layihəni dəstəkləyənlər üçün UEFA və FİFA- nın bu turnirin təşkili üçün hər hansısa sanskiya tətbiq edə bilməməsi böyük qələbədir’’.
Müsahib sonda irəlidə bizi maraqlı dəyişikliklərin gözlədiyini vurğulayıb.
‘’Növbəti illərdə bizi daha maraqlı hadisələr gözləyir.Super liqanın ilk illərdə yayımı pulsuz etməsi kanalların Super liqa turnirlərini yayımlamaqda marağına gətirib çıxardacaq. Məncə, futbol izləyiciləri üçün bu hər hansı bir mənfi vəziyyət yaratmayacaq. Amma UEFA üçün ciddi bir rəqib ortaya çıxmış olacaq. Onların nə qədər iddialı olduqlarını və futbolda necə dəyişikliklərə nail olacaqlarını isə bizə zaman göstərəcək’’.
Ayaz Zeynalzadə
