Ueyn Runi istefaya göndərildi
Çempionşip komandalarından ‘’Birmingem Siti’’ də Ueyn Runinin dövrü başa çatıb.
Ueyn Runinin ‘’Birmingem siti’’ macərası qısa müddətli olub. Futboldan ayrıldıqdan sonra ‘’Birmingem Siti’’ də üçüncü idarəçilik təcrübəsini keçirən Ueyn Runi istefaya göndərilib.
Ueyn Runi vəzifəyə gələndə 6-cı yerdə olan ‘’Birmingem Siti’’ gənc məşqçidən sonra 20-ci pilləyə düşüb.
‘’Birmingem Siti’’ Ueyn Runi ilə 15 matçda 2 qələbə, 9 məğlubiyyət və 4 heç-heçə əldə edib.
Ayaz Zeynalzadə
