00:00:00
Yazar
Səadət Əlizadə
03.11.2026 20:52 23 4 dəq oxuma
Siyasət

Uitkoff Rusiya, ABŞ və Ukrayna danışıqlarının tarixini açıqlayıb

Uitkoff Rusiya, ABŞ və Ukrayna danışıqlarının tarixini açıqlayıb

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar noyabrın 10–11-də BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək.
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff bildirib ki, görüşdə müharibədən sonrakı təhlükəsizlik, deeskalasiya, humanitar təşəbbüslər və sülhə nail olmaq üçün növbəti addımlar müzakirə olunacaq.

 

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, bu danışıqlarda əsas məqsəd ondan ibarətdir ki, tezliklə atəşkəs əldə olunsun, Rusiya və Ukrayna bir qədər razılıq versinlər ki, artıq sabitlik çöksün və onların da nümayəndələri vasitəçilərin iştirakı ilə artıq masa arxasında yer alsınlar:

 


“Təbii ki, bu müharibə çox uzun çəkdi və əsas məsələ də ondan ibarətdir ki, Ukrayna meydanında Rusiyanın Qərblə savaşı gedir və Ukrayna istər-istəməz Qərbin müttəfiqi rolunda da çıxış edir. Ancaq Ukraynanın da üzərinə düşdüyü itkilər həddindən artıq böyük itkilərdir və onları hələ-hələ aradan qaldırmaq olmayacaqdır. Digər tərəfdən insanlar tələf olub, milyonlarla insan artıq qaşqın vəziyyətinə düşüb və bunların hamısının humanitar yükü, həddindən artıq nəhəngdir və demək olmaz ki, nə zaman onlar öz həllini tapacaq”.

 


Müsahibin sözlərinə görə, digər tərəfdən, bütün bu itkilərin olmasına baxmayaraq, əsas məsələ indi atəşkəsin əldə olunmasıdır:

 


“Çünki bu baş verməsə, heç bir danışıqlar da olmayacaq və nəhayət, proseslər xaotik tərzdə inkişaf eləyəcək.  
Görüş əlbəttə ki, müharibənin tezliklə sona çatmasına qulluq eləyir və digər tərəfdən sülhün də təmin olunması hər iki tərəfə lazımdır. Çünki biz bilirik ki, həm o tərəfdə, həm bu tərəfdə xeyli sayda itkilər var. Ukrayna daha çox itkilərə məruz qalır, çünki Rusiyanın vurduğu zərbələr çox təsirlidir və Ukraynanın ümumiyyətlə geosiyasi aləmdə də, sonra strateji resurs baxımından da imkanları kifayət qədər məhduddur. Rusiya ilə bir araya gəle bilmir. O cəhətdən Ukraynanın çatışmazlıqları daha dəhşətli bir təəssürat oyadır”. 

 


Həmçinin o qeyd edib ki, Rusiyanın da üzərinə çox böyük yüklər düşüb, enerji sektoru həddindən artıq təsirli zərbələrə məruz qalıb və bunların hamısının fəsadlarını qaldırmaq ötrü ilk növbədə sülh lazımdır və təhlükəsizlik zəmanəti lazımdır:

 


“Nə dərəcədə indi bu danışıqlarda bu məsələlər həllini tapacaq, bu ikinci məqamdır. Amma indi Uitkov həqiqətən də Donald Trampa çox yaxın bir adamdır, onun sözünə qulaq asır  və elə bilirəm ki, Uitkov həqiqətən də elə öz rəhbərinin, yəni Donald Trampın maraqları çərçivəsində hərəkət eləyir ki, tezliklə bu müharibə bitsin və artıq dünyaya bəyan edilsin ki, Donald Trampın sülhpərvər proqramı artıq ayaq tutub yeriyir, o, qələbə çalır və artıq bilmirəm doqquzuncu yoxsa onuncu bir böhranı Tramp həll ilə bağlı artıq göz aydınlığı verməyə hazırdır.  
Hər halda, indi Tramp bir qədər öz xidmətlərini işlədir. Amma buna baxmayaraq, hər halda onun müharibələr ancaq insanlara itkilər gətirir və məyusluq gətirir deməsi elə ilk növbədə onun özünə də aiddir. Çünki İran istiqamətində o, müharibəni artıq demək olar ki, gündəmə gətirib”.

 


Politoloqun sözlərinə görə, indiki məqamda danışıqlarda artıq nəticənin əldə olunması bütün tərəflərin hamısına lazımdır:

 


“ Yalnız Avropa üçlüyü yəni, Fransa, Britaniya, Almaniya israrlıdırlar ki, Zelenski və onun ordusu müharibəni davam etdirməlidir. Çünki onlara həm də köməklik söz verirlər, sonra vədlər var və həm də bildirişlər eləyirlər ki, yəni siz Rusiya ordusunu artıq özünüzə tabe eləyə bilərsiz, sonra ümumiyyətlə, bu döyüşlərin gedişatında həm də təşəbbüslər əldə ala bilərsiz.  
Mən inanmıram, əlbəttə, bunlar hamısı uydurmalardır. Çünki bütün baxış bucaqlarından Rusiyanın imkanları daha genişdir, sonra onun əhalisi də çoxdur, ərazisi də böyükdür. Amma indi müasir dövrdəki bu yenidən dünyaya meydana gəlmiş müharibələr, bu dronlarla, uçuş aparatları ilə onlar onu göstərir ki, indi artıq yeni müharibələrin biz dövrünü yaşayırıq və onlar da özünə məxsus bir diktələr eləyirlər ki, nəyi etmək olar, nəyi etmək olmaz”.

 


Ekspert bildirib ki, müharibədən sonrakı vəziyyətlə bağlı ilk növbədə, hər şeyə əsas təsir göstərən sülh olacaq:

 


“Əvvəlcədən sülh kövrək olur. Bəzi hallarda onu bəzi qüvvələr pozmağa cəhdlər göstərirlər, amma hər halda müharibələr nə zamansa qurtarırır, bu da qurtarmalıdır. Belə olduğu halda əsas məsələ ondan ibarətdir ki, tərəflər arasında etimad mühiti formalaşsın. Məsələlərin müzakirəsi əgər indi başlayacaqsa, əlbəttə, bir etabla bu bitə bilməz.
Bir neçə etabla danışıqlar olmalıdır. Sonra hərbiçilər, siyasətçilər, iqtisadçılar, humanitar sahənin mütəxəssisləri görüşürlər. Yəni bunların hər birinin özünə məxsus məsuliyyət istiqamətləri var və onlarla bağlı da çalışacaqlar ki, prosesləri elə bir tərzdə həyata keçirsinlər ki, heç kəs burada şübhələr oyatmasın ki, bu danışıqlar düzgün olmayıb.
Hər halda, müharibələrin sona çatması insanların ən çox arzuladığı bir xəbərdir və indi Uitkov prinsipi etibarilə öz rəhbərinin də, yəni Donald Trampın daşınqlarını həqiqətən də layiqli bir formada yerinə yetirmək istəyir ki, həm prezidentin qarşısında gözü açıq olsun və nəhayət göstərsin ki, Amerika diplomatiyasının da özünə məxsus çevikliyi var”.

 


Nəticə olaraq müsahib qeyd edib ki, o bu işləri əgər gündəmə gətirirsə, onların öhdəsindən gəlməyin də modellərinə bələddir:

 


“İndi gözləyək, görək nə olur, amma ən pis halda, onsuz da bu danışıqlar çox böyük ümidlər yaradır və digər tərəfdən də insanlara göstərirlər ki, danışıqlar olduğu halda diplomatiyanın modellərindən istifadə etmək daha məsləhətdir”.

 


Aysu Abbasova

#azərbaycan #xəbər #gündəm #baki #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər