00:00:00
Yazar
Nigar Həsənzadə
03.07.2026 23:47 61 1 dəq oxuma
Hadisə

Ukrayna bir gündə Rusiyaya 200 dron buraxıb 

Ukrayna bir gündə Rusiyaya 200 dron buraxıb

Ukrayna Silahlı Qüvvələri gün ərzində Rusiya ərazisinə təxminən iki yüz dron buraxıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Teleqram kanalında bildirilir.

 

Bildirilib ki, saat 8:00-dan 20:00-dək hava hücumundan müdafiə sistemləri 188 pilotsuz uçuş aparatını (PUA) vurub. Dronlar Belqorod, Kursk, Bryansk, Smolensk, Vladimir, Tver, Kaluqa, Oryol, Ryazan, Tula, Moskva vilayətləri, həmçinin Krım üzərində məhv edilib.

 

Müdafiə Nazirliyi hücumlar barədə əlavə məlumat verməyib.

#xəbər #gündəm #rusiyaya #buraxıb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər