00:00:00
Yazar
Güllər Gülhüseynova
30.06.2026 16:41 14 1 dəq oxuma
Dünya

Ukrayna Krımda və Zaporojye vilayətində iki körpüyə zərbə endirib

Ukrayna Krımda və Zaporojye vilayətində iki körpüyə zərbə endirib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Zaporojye vilayətinin və Krımın işğal olunmuş ərazilərində iki körpüyə zərbələr endirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.

 

Bundan əlavə, qurumdan Rusiyanın Krasnodar diyarındakı "Slavyanski" neft emalı zavoduna endirilən zərbənin nəticələri barədə məlumat verilib. Bildirilib ki, ümumi həcmi 35 min kubmetr olan dörd rezervuar məhv edilib, ümumi tutumu 30 min kubmetr olan daha doqquz rezervuar, eləcə də neft emalı qurğusu zədələnib.

 

Qurumun məlumatına görə, iyunun 29-da və 30-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın hərbi-iqtisadi potensialının azaldılması üzrə əməliyyatlar çərçivəsində bir sıra obyektlərə zərbələr endirib.

#vilayətində #endirib #gündəm #körpüyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər