Ukrayna Xəzərdə neft platformasına yenidən zərbə endirib
Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz təyyarələri Xəzər dənizindəki Rusiya neft platformalarına yenidən zərbə endirib.
"İnformator.az" “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, hücum nəticəsində platformanın fəaliyyəti dayanıb.
Qeyd edək ki, bu gün Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin Xəzər dənizində Rusiyaya məxsus iki yük gəmisini vurması barədə informasiya yayılıb.
