00:00:00
Yazar
Səadət Əlizadə
28.07.2026 11:12 15 1 dəq oxuma
Hadisə

Ukraynanın Belqorodda sərnişin avtobusuna PUA hücumu nəticəsində 19 nəfər yaralanıb

 

Ukraynanın Belqorodda sərnişin avtobusuna PUA hücumu nəticəsində 19 nəfər yaralanıb

Rusiyanın Belqorod vilayətində sərnişin avtobusu pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalması nəticəsində 19 nəfər sərnişin yaralanıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Şuvayevin məlumat yayıb.

 

Qubernatorun bildirdiyinə görə, hadisə bu gün səhər saatlarında Şebekino şəhərində baş verib. Onun sözlərinə görə, Ukraynanın hücumunun hədəfi marşrut avtobusu olub.

 

İlkin məlumata əsasən, 15 nəfər qəlpə yaraları, daha 3 nəfər isə partlayış dalğasının təsiri nəticəsində akubarotravma alıb.

 

Həkimlər 6 yaralının vəziyyətini ağır qiymətləndirirlər.

#nəfər #pua #baki #yaralanıb #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər