Ulduz futbolçu ‘’Barselona’’ dan ayrıla bilər
Barselona"nın təcrübəli hücumçusu Robert Levandovskinin mövsümün sonunda Kataloniya komandasını tərk edəcəyi iddia olunur.
Polşalı ulduz Səudiyyə Ərəbistanına gedə biləcək namizədlərdəndir.
La Liqa komandalarından "Barselona"da çıxış edən Robert Levandovskinin İspaniya macərası sona çata bilər. Kataloniya komandasının ötən mövsümün əvvəlində 45 milyon avro qarşılığında “Bavariya”dan heyətinə qatdığı polşalı ulduz futbolçunun mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.
İspaniya mətbuatından ‘’Sport’’ məlumatına görə, Levandovskinin Səudiyyə Ərəbistanına transfer olma ehtimalı yüksəkdir.
35 yaşlı futbolçunun bu məsələ ilə bağlı menecerlə əlaqə saxladığı bildirilib.
Ayaz Zeynalzadə
