Varan ‘’Mançester Yunayted’’dən ayrılır
İngiltərə Premyer Liqa komandalarından "Mançester Yunayted" Rafael Varanla yollarını ayırmaq qərarına gəlib.
Klubun paylaşdığı paylaşımda müqaviləsi mövsümün sonunda bitəcək Varanla yeni müqavilə imzalanmayacağı bildirilib.
Rafael Varan 2021-ci ildə "Real Madrid"dən "Mançester Yunayted"ə keçib. İngilis komandası ilə 93 oyuna çıxan təcrübəli futbolçu 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ayaz Zeynalzadə
