00:00:00
Yazar
Admin User
30.11.2025 05:54 98 1 dəq oxuma
Dünya

Venesuela XİN ABŞ-nin hava məkanının bağlanması barədə iddialarını təkzib edib

Venesuela XİN ABŞ-nin hava məkanının bağlanması barədə iddialarını təkzib edib

Rəsmi Karakas ABŞ Prezidenti Donald Trampın Venesuelanın hava məkanının bağlanması ilə bağlı açıq açıqlamasını qətiyyətlə təkzib edir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Venesuelanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

 

"Belə bir bəyanat düşmənçilik, birtərəfli və özbaşına hərəkətdir, beynəlxalq hüququn fundamental prinsipləri ilə bir araya sığmır və ölkəmizə qarşı yönəlmiş davamlı siyasətin bir hissəsidir, Latın Amerikası və Karib dənizi bölgəmizə qarşı müstəmləkə iddiaları irəli sürür", - nazirlik bildirib.

 

Venesuela XİN bu cür bəyanatların BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi ilə açıq və birmənalı şəkildə qadağan edilən "açıq güc tətbiqi təhdidi" təşkil etdiyini bildirib.

 

Rəsmi Karakas beynəlxalq ictimaiyyəti, suveren hökumətləri, BMT-ni və müvafiq çoxtərəfli təşkilatları ABŞ-nin hərəkətlərini qətiyyətlə pisləməyə çağırıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər