00:00:00
Yazar
Admin User
23.10.2025 19:33 172 1 dəq oxuma
Hadisə

Venesuelada təyyarə qəzaya uğrayıb

Venesuelada təyyarə qəzaya uğrayıb

Venesuelada təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb, iki pilot ölüb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Britaniyanın “Mirror” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, faciə oktyabrın 22-də baş verib. Məlumata görə, təyyarə San-Kristobaldakı Paramillo hava limanında uçuş-enmə zolağına düşüb və alovlanıb.

 

Həlak olanlar 50 yaşlı Xose Antonio Bortone Terife və 47 yaşlı Xuan Maldonadodur. Təyyarədə sərnişin olmayıb.

 

Qəzaya səbəb kimi şinin partlaması və ya pilot səhvi göstərilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər