00:00:00
Yazar
Admin User
02.05.2015 05:00 702 1 dəq oxuma
Hadisə

Vəfa Quluzadə vəfat edib

Sabiq dövlət müşaviri Vəfa Quluzadə dünyasını dəyişib.
Vəfa Quluzadə vəfat edib

Sabiq dövlət müşaviri Vəfa Quluzadə dünyasını dəyişib.

V. Quluzadənin səhhəti qəflətən pisləşib və onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, V. Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub.

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, daha sonra filologiya elmləri namizədi elmi adı alıb.

1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. 1973-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.

1990-ci ildə Azərbaycana qayıdıb, Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri işləyib. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.

O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.

Allah rəhmət etsin!

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər