00:00:00
Yazar
Admin User
29.09.2023 17:44 709 2 dəq oxuma
İdman

Willian Arao fırtınası! Yunanıstanda gündəm oldu

Willian Arao fırtınası! Yunanıstanda gündəm oldu

"Fənərbağça"dan ayrılaraq mövsümün əvvəlində Yunanıstanın "Panatinaikos" komandası ilə müqavilə imzalayan Willian Arao Yunanıstandakı çıxışı ilə izləyiciləri heyran buraxıb.


İsmail Kartalın rəhbərliyi altında "Fənərbağça"nın heyətində nəzərdə tutulmayan Willian Arao mövsümün əvvəlində Yunanıstan komandalarından "Panatinaikos" ilə anlaşıb. Braziliyalı yarımmüdafiəçi indiyədək Yunanıstan yığmasında göstərdiyi performansla diqqət çəkib.


Fənərbaxçada Jorge Jesus dönəmində "Flamenqo"dan 3 milyon avroya transfer olunan Willian Arao İsmayıl Kartal dövründə komandanın planlamasında yer almayıb. Braziliyalı yarımmüdafiəçi Yunanıstan komandalarından olan "Panatinaikos"a transfer olunub. "Panatinaikos" 31 yaşlı yarımmüdafiəçi üçün mövsümün əvvəlində 2 milyon 500 min avro ödəyib. Willian Arao Yunanıstan təmsilçisi ilə 30 iyun 2025-ci ilə qədər müqavilə imzalayıb.

 

Willian Arao “Panatinaikos”un forması ilə çıxışı ilə diqqət çəkib. Braziliyalı yarımmüdafiəçi Yunanıstan təmsilçisinin heyətində indiyədək 7 yarışda oynamaq şansı qazanıb. Təcrübəli futbolçu bu müddət ərzində bir dəfə qol sevinci yaşayıb.


Willian Araonun çıxışından sonra Yunanıstanda yayımlanan “Sport24”də diqqətçəkən ifadələr işlədilib. Goulis'in “Asteras Tripolis” matçını dəyərləndirdiyi yazıda Willian Araonun çıxışı vurğulanıb. Kostas Goulis'un yazısında , "Willian Arao həm Panathinaikos'un yarımmüdafiəsini, həm də liqanın balansını dəyişməyə gəldi" - ifadəsi yer alıb.


Willian Araonun son dəqiqələrdə mərkəz müdafiəçisi oynadığı vurğulansa da, “Bütün komandaya inam və güc verdi, “Panatinaikos”un matçda üstünlüyünü təmin edən Arao möhtəşəm bir matçı geridə qoydu” deyilib.


Qeyd edək ki, Willian Araonun hazırkı bazar dəyəri 3 milyon 500 min avrodur.

 

Aydan İsayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər