"Xaç atası"nın məşhur aktyoru vəfat edib
Tanınan amerikalı aktyor Robert Duvall 95 yaşında vəfat edib.
"İnformator.az" "Kult.az"a istinadən xəbər verir ki, bu barədə aktyorun xanımı məlumat verib.
Qeyd edək ki, aktyor "Xaç atası", "Bülbülü öldürmək", "Apokalipsis indi" və "Uorren bulvarı" filmlərindəki rolları ilə tanınır.
O, 1984-cü ildə "Tender Mercies" filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasında Oskar mükafatı qazanıb.
