Xaçmaz rayonunda yerləşən su kanalından meyid çıxarılıb
Robert Fərzəliyevin meyiti mayın 3-də Xaçmaz rayonunun Əlməmmədoba kəndi ərazisindəki su kanalından çıxarılıb.
Qusarda su kanalına yıxılmış şəxsin meyiti Xaçmazda çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən İnformator-a verilən məlumata görə, mayın 2-də Qusar rayonunun Mucuq-palasa kəndinin ərazisindən keçən Samur-Abşeron su kanalına yıxılmış Robert Fərzəliyevin meyiti mayın 3-də Xaçmaz rayonunun Əlməmmədoba kəndi ərazisindəki su kanalından çıxarılıb.
