Xaçmazda yük avtomobili yanıb
"VOLVO" markalı yük avtomobilinin kabinəsi və arxa təkəri yanıb.
Xaçmaz rayonu, Qusarçay kəndində vətəndaşa məxsus "VOLVO" markalı yük avtomobilinin kabinəsi və arxa təkəri yanıb.
İnformator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
