00:00:00
Yazar
Səmayə Səftərova
24.10.2026 20:59 30 1 dəq oxuma
Dünya

Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb

Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb

İranın Ali rəhbəri Müctəba Xamenei ölkənin məhkəmə hakimiyyətinə başçılıq edən Qulamhüseyn Möhsüni-Ejei ilə görüşdə müasir texnologiyalardan maksimum istifadəni tapşırıb.

"İnformator.az"  IRIB-yə istinadən xəbər verir ki, o bunu təşkilat və qurumların idarəetməsinə dəstək məqsədilə deyib.

 

"İranda ABŞ ilə İsrailin hücumları nəticəsində xalqa dəymiş maddi və mənəvi zərərin ödənilməsi istiqamətində işlər gücləndirilməlidir", - Xamenei əlavə edib. Bundan başqa, cinayətə səbəb olan vəzifə səhlənkarlıqlarının araşdırılması, məsul qurumlarla əməkdaşlıq çərçivəsində cinayətkarlıqla qətiyyətli mübarizə aparılması, hüquq pozuntularına şərait yaradan amillərin aradan qaldırılması tapşırılıb.

#İran #Müctəba Xamenei #müasir texnologiyalar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər