Xankəndidə yaralanan polis Bakıya gətirilib
Bu gün Xankəndi şəhərinin erməni əsilli sakini Avanesyan Karen Albertoviçin açdığı atəş nəticəsində xəsarət alan polis əməkdaşı Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.
"İnformator.az"ın "Teleqraf"a istinadən xəbərinə görə, yaralı polis ilk olaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb, daha sonra paytaxda yerləşən xəstəxanalardan birinə göndərilib.
Qeyd edək ki, sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.
