00:00:00
Yazar
Admin User
19.03.2015 05:59 360 1 dəq oxuma
Sosial

Xarici donorlar tərəfindən qrant verilməsi layihəsi müzakirə ediləcək

Şuranın ofisində müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkə səfirlklərinin və QHT ekspertlərinin iştirakı ilə qeyd olunan layihələrin ictimai müzakirəsi keçiriləcək.
Xarici donorlar tərəfindən qrant verilməsi layihəsi müzakirə ediləcək

Uzun müddətdir beynəlxalq donor ictimaiyyəti və yerli QHT-lər “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi” və “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması” qaydalarının təsdiqlənməsini gözləyirlər.

İnformator xəbər verir ki, bunu Qeyri-hökumət təşkilatlarına Dövlət dəstəyi Şurasının sədri Azay Quliyev özünün “Facebook” səhifəsində yazıb. Şura sədrinin sözlərinə görə, bu yaxınlarda aidiyyatı dövlət qurumları hər iki qaydanın layihələrini hazırlayaraq Nazirlər Kabinetinə təqdim ediblər. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası layihələrin əhəmiyyətini, eyni zamanda beynəlxalq təşkilatların və xarici ölkə səfirliklərinin təklifini nəzərə alaraq, təsdiqdən öncə qaydaların ictimai müzakirəsinin təşkili haqqında hökumətlə razılıq əldə edib.

Həmin razılığa əsasən bu gün Şuranın ofisində müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkə səfirlklərinin və QHT ekspertlərinin iştirakı ilə qeyd olunan layihələrin ictimai müzakirəsi keçiriləcək.

Şura sədri  bu mühüm sənədlər ətrafında məhsuldar müzakirələr aparılacağı və səmərəli təkliflər irəli sürüləcəyinə ümid etdiyini bildirib.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər