00:00:00
Yazar
Admin User
29.12.2023 13:34 443 2 dəq oxuma
İdman

Xavi Hernandez ‘’Barselona’’ dan ayrıla bilər?

Xavi Hernandez ‘’Barselona’’ dan ayrıla bilər?

Son günlər futbol mətbuatında Xavi Hernandezin ‘’Barselona’’ dan ayrılması ilə bağlı iddialar artıb. Xavidən sonra baş  məşqci postuna namizədlər arasında ‘’Liverpul’’ un baş məşqcisi Yurgen Kloppun da adı çəkilir.

 

Məsələ ilə bağlı idman eksperti Ağa Dadaşzadə informator.az-açıqlamasında suallarımızı cavablandırıb. Müsahibin fikrinə görə, bu iddia doğru deyil və bu cür dəyişikliklər son ana kimi klub daxilində qalır.

 

‘’Mətbuatda bu tip iddialar tez-tez yayılır. ‘’Barselona’’ nın bu mövsüm  La liqada və çempionlar liqasında şansları yüksəkdir. Hazırda ‘’Barselona’’  ‘’Real Madrid’’ və ‘’Jirona’’ dan 7 xal geri qalır. Düşünürəm ki, yeni ildən sonra ‘’Jirona’’ bir qədər aşağı enəcək liqadakı digər güclü klublar öz yerlərini tutacaqlar. Xavi hazırda yaxşı işləyir. Xavi  ‘’Barselona’’ əfsanəsidir və ‘’Barselona’’ya bələddir’’.

 

Ekspert Xavi Hernandezin baş məşqci kimi də yüksək nailiyyətlər üçün çalışdığını qeyd edib.

 

‘’Son vaxtlar məşqci dəyişmək ‘’ dəb’’ i gündəmdədir. Bu əslində düzgün deyil. Xavi futbolçu kimi göstərdiyi yüksək performansı  baş  məşqci kimi də göstərməyə çalışır. ‘’Barselona’’ nın hazırda Xaviylə yolları ayırmağı düzgün olmaz’’.

 

Ağa Dadaşzadə sonda Xavi Hernandezin hazırda ayrılmasının ‘’Barselona’’ ya mənfi təsir edəcəyini qeyd edib.

 

‘’Yurgen  Klopp da ‘’Liverpul’’ ilə yüksək nəticələr əldə etsə də, hazırda əvvəlkinə nisbətən ‘’Liverpul’’ un performansı aşağı düşüb. Xavinin qalması ‘’Barselona’’ üçün vacibdir. ‘’Barselona’’ hazırda  liqada 4 cü pillədə qərarlaşırsa hazırda Xavi ilə yollar ayrılsa bu nəticə daha da aşağı düşə bilər’’.

 

Ayaz Zeynalzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər