00:00:00
Yazar
Admin User
29.01.2024 14:29 368 1 dəq oxuma
İdman

Xavidən ayırılıq qərarı

Xavidən ayırılıq qərarı


'’Barselona’’ nın baş məşqcisi Xavi Hernandez mövsüm sonunda komanda ilə vidalaşacağını açıqlayıb.

 

 

Son oyunda ‘’Vilyareal’’ a 3-5 hesab ilə məğlubiyyətdən sonra keçirilən mətbuat konfransı zamanı Xavi qərarını açıqlayıb.

 

‘’İyunun 30-da komandadan ayrılacağam. Bu, prezident və komanda ilə danışdıqdan sonra verdiyimiz qərardır. "Barselona"nın dəyişməyə ehtiyacı var. Hər şeyə baxmayaraq, düşünürəm ki, çox yaxşı mövsüm keçirə bilərik. Özümdən əvvəl klub haqqında düşünməliyəm. Düşünürəm ki, bu qərar futbolçulara və kluba kömək edəcək. “Barselona”ya mane olmaq istəmirəm. Prezident Joan Laporta təşəkkür etmək istəyirəm’’.

 

Xavi Hernandez ‘’Barselona’’ ilə La liqa və İspaniya super kuboku çempionluğu yaşayıb.

 

Ayaz Zeynalzadə

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər