Xilasedicilər liftdə qalmış şəxsi xilas edib
Nəsimi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
İnormator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıb.
Əməliyyat saat 01:54-də başa çatıb.
