Xilasedicilər Səbail rayonunda bir nəfəri xilas edib
Səbail rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
İnformator Fövqəladə Hallar nazirliyinin saytına istinadən xəbər verir ki, xilasedicilər liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıb.
Əməliyyat saat 10:27-də başa çatıb.
