Xırdalan sakini dərmandan, Binəqədi sakini dəm qazından zəhərlənib
Binəqədi rayon sakini dünyasını dəyişib.
Xırdalan şəhərində yaşayan Ruslan Əzimli dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.
İnformator Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, digər bir zəhərlənmə hadisəsi Binəqədi rayonunda qeydə alınıb.
Binəqədi rayonu ərazisində kirayədə yaşayan 35-40 yaşlı Elnur adlı şəxs dəm qazından zəhərlənərək ölüb.
