Xırdalanda yanğın olub
Ümumi sahəsi 528 kv.m olan ikimərtəbəli obyektin 1 otağının yanar konstruksiyaları 8 kv.m sahədə yanıb.
Abşeron rayonu, Xirdalan şəhərində ümumi sahəsi 528 kv.m olan ikimərtəbəli obyektin 1 otağının yanar konstruksiyaları 8 kv.m sahədə yanıb, yüksək temperaturdan mətbəxin lambirdən ibarət qapı və nəfəsliyi 8 kv.m sahədə qarsalanıb.
İnformator Fövqəladə Hallar nazirliyinin saytına istinadən xəbər verir ki, obyektin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
