Xocavənddə yanğın törədən şəxslər saxlanılıb
Xocavənd rayonunun Qırmızı Bazar ərazisində yerləşən biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxslər saxlanılıb.
Bu barədə "İnformator.az" Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Bildirilib ki, araşdırmalarla yanğını 24 yaşlı Eltun Əliyev və 34 yaşlı Nicat Xubalıyevin ehtiyasızlıqdan törətdiyi məlum olub. Nəticədə 15 hektar ərazidə quru ot yanıb.
Hər iki şəxs saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.
Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.
