Xocavəndin iki kəndində yanğın başlayıb
Xocavəndin iki kəndində yanğın başlayıb.
"İnformator.az" "Report"a istinadən bildirir ki, yanğınlar Xocavənd rayon Edilli və Ağbulaq kəndi ərazisindəki meşə massivində qeydə alınıb.
Hadisə yerinə FHN-in qurudan Füzuli və Cəbrayıl rayonlarının yanğınsöndürən bölməsinin əməkdaşları, havadan Aviasiya dəstəsinin helikopteri cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatları və yanğın davam edir.
