Xəstə daşıyan təcili yardım maşını aşıb
Kocaelinin İzmit rayonunda xəstə daşıyan təcili yardım maşınının mikroavtobusla toqquşması nəticəsində üçü səhiyyə işçisi olmaqla altı nəfər yaralanıb.
Qəzada xəsarət alan üç səhiyyə işçisi, təcili yardım maşınındakı xəstə və mikroavtobusdakı iki nəfər Kocaeli Dövlət Xəstəxanası və Kocaeli Şəhər Xəstəxanasına aparılıb.
TRT XƏBƏR
Arzu Poladova
