Xətai rayonu ərazisində mənzildən oğurluq etmiş şəxs tutulub
Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlamış Astara rayon sakini Elvin Əliyev tutulub, Anar Əliyev isə müəyyən edilib.
Xətai RPİ 37-ci PB, Lənkəran ŞRPŞ və Astara RPŞ əməkdaşları tərəfindən yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlamış Astara rayon sakini Elvin Əliyev tutulub, Anar Əliyev isə müəyyən edilib.
İnformator Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırmalar zamanı evdən oğurlanmış qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub.
