Xətai rayonunda iri həcmli narkotik vasitə dövriyyəsinin qarşısı alınıb
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdiririk.
"İnformator.az" Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xətai rayonunda keçirilən sonuncu əməliyyat tədbirləri nəticəsində saxlanılan 25 yaşlı şübhəli şəxsə məxsus bağlamaya baxış zamanı 12 kiloqram 840 qram marixuana və 7 kiloqram 290 qram tiryək aşkarlanıb.
