00:00:00
Yazar
Admin User
07.04.2015 05:13 539 1 dəq oxuma
Hadisə

Xətai rayonunda mənzildə və liftdə köməksiz vəziyyətdə qalmış şəxslər xilas edilib

Dərhal hadisə yerinə xilasedicilər cəlb edilib.
Xətai rayonunda mənzildə və liftdə köməksiz vəziyyətdə qalmış şəxslər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

İnformator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,  xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 22:37-də başa çatıb.

Digər hadisə də Bakı şəhəri, Xətai rayonunda qeydə alınıb. 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması haqqında Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıb.

Əməliyyat saat 23:34-də başa çatıb.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər