Xəzər daha iki can aldı
Bu gün əsgər gedəcəkdilər, dünən Xəzər boğdu onları — FACİƏ
Dünən Zirə qəsəbəsinin ətrafındakı dənizdə 2 gənc çimərkən ehtiyatsızlıqdan boğulub. Belə ki, onlar xilasedicilərin olduğu yerdən xeyli uzaqda və qadağan olunmuş ərazidə çimirmiş.
Yaxınlıqdakı insanlar onları xilas etməyə çalışsa da, buna nail ola bilməyiblər.
Şahidlərin verdiyi məlumata görə, onlar bu gün hərbi xidmətə yola düşməli idilər.
