Xəzər rayonunda ev yanıb
3 otaqlı evinin yanar konstruksiyası və ev əşyaları yanıb.
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus evdə yanğın olub.
İnformator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 90 kv.m olan bir mərtəbəli 3 otaqlı evinin yanar konstruksiyası və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
