Xəzərdə zəlzələ olub
İnsan tələfatı və dağıntı olmayıb.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 12 Mart 2015-ci il tarixində Bakı vaxtı ilə saat 04:42-də Astaradan 13 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4.7 maqnituda, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.
İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmayıb.
