00:00:00
Yazar
Zəri Bayramlı
30.03.2026 22:08 653 1 dəq oxuma
Hadisə

Yağıntı zərərinin məsuliyyətini kim daşıyır?

Yağıntı zərərinin məsuliyyətini kim daşıyır?

Paytaxtda son günlər müşahidə olunan intensiv yağıntılar təbii hadisələrin ciddi maddi zərərlərə səbəb ola biləcəyini bir daha göstərir. Güclü yağışlar nəticəsində su basan yaşayış evləri, dağıntılar altında qalan avtomobillər və infrastruktura dəyən ziyan vətəndaşları düşündürən əsas sualı gündəmə gətirir: Bu zərərlərə görə məsuliyyəti kim daşıyır?

 

Mövzu ilə bağlı sığorta eksperti Şahin İsmayılov “İnformator.az”a açıqlamasında bildirib ki, insanlar sığortaya maraq göstərmir, hadisə olduqda isə ödəniş olunmasını tələb edirlər:

 

“Qanunvericiliyə görə, fövqəladə hallarda dövlətin müvafiq qurumları zərərin aradan qaldırılması üçün tədbirlər görməlidirlər. Bununla yanaşı, sığorta mexanizmlərinin gücləndirilməsi, əhalinin risklərdən qorunması daha geniş tətbiq olunmalıdır”.

 

Ekspertin sözlərinə görə, vətəndaşlar daşınar və daşınmaz əmlaklarını vaxtında sığorta etdirməlidirlər:

 

“Sığorta şirkətlərinin məsuliyyəti artırılmalı, vətəndaşların hüquqları tam qorunmalıdır. Eyni zamanda, vətəndaşlar da məsuliyyətli olmalı, öz daşınar və daşınmaz əmlaklarını vaxtında sığortalatmalıdırlar. Praktikada isə bunun əksini görürük.İnsanlar sığortaya maraq göstərmir, hadisə olduqda isə ödəniş olunmasını tələb edirlər. Təəssüf ki, mexanizm belə işləmir”.

 

 

Sonda isə ekspert vətəndaşlara müraciət edib:

 

“Sığortalı həyat ən rahat həyatdır. Hadisə bir dəfə olur, fəsadları isə böyük olur. Vaxtında əmlaklarınızı sığortalayın”.

Zəri Bayramlı

#yağıntı #dağıntı #zərər #sığorta #trend
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər