00:00:00
Yazar
Admin User
15.12.2025 10:48 108 1 dəq oxuma
Hadisə

Yağışlı hava yol qəzalarının sayını artırır

Yağışlı hava yol qəzalarının sayını artırır

Son günlər ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə təhlükə yaradıb. Xüsusilə yağışlı günlərdə nəqliyyat vasitələrinin sürüşmə riski artır, bu da qəzaların olmasına səbəb olur.

 

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında bildirib ki, təəssüf ki, bəzi sürücülər qayda pozuntusuna səbəb olur və belə hava şəraitində də bu davranışlarını davam etdirirlər:

 

"Məlumdur ki, yağmurlu havalarda yolun görünməsi müəyyən qədər məhdudlaşır. Xüsusən də Bakı və digər şəhərlərdə yolların zəif işıqlandırıldığı ərazilərdə qəza riski daha da artır. Belə hava şəraitində sürücülərin üzərinə əlavə məsuliyyət düşür. Payız-qış mövsümündə avtomobilin texniki vəziyyəti, xüsusilə də təkər şinlərinin vəziyyəti diqqətlə yoxlanmalıdır. Protektor dərinliyinə nəzarət olunmalı, sürtülmüş təkərlərlə yağışlı havada avtomobili idarə etməkdən çəkinmək lazımdır, çünki bu, idarəetmənin itirilməsi və qəzalara səbəb ola bilər. Belə havalarda avtomobilin sürüşmə və yoldan çıxma ehtimalı artır, əyləc məsafəsi uzanır ki, bu da toqquşmalara gətirib çıxara bilər. Təəssüf ki, bəzi sürücülər qayda pozuntusuna səbəb olur və belə hava şəraitində də bu davranışlarını davam etdirirlər. Nəticədə, bilərəkdən edilən qayda pozuntuları yağmurlu havalarda daha ciddi və qaçılmaz qəzalarla nəticələnə bilər, çünki hava və yol şəraiti artıq daha tələbkardır".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər