Yanan elektrikli avtomobil daha dörd nəqliyyat vasitəsinə ziyan vurub
İstanbulun Zeytinburnu bölgəsindəki yaşayış kompleksinin dayanacağında elektrikli avtomobildə yanğın baş verib. Yaxınlıqdakı nəqliyyat vasitələrinə keçən yanğını yanğınsöndürənlər söndürüb.
Merkezefendi məhəlləsindəki Mövlana küçəsindəki yaşayış kompleksində park edilən elektrikli avtomobildə hələlik məlum olmayan səbəblərdən yanğın baş verib.
Alov daha dörd maşına yayıldıqca, yanğınsöndürənlər, polis və tibb qrupları hadisə yerinə göndərilib.
TRT HABER
Arzu Poladova
