Yanğın ev sahibinin həyatına son qoyub
Nəsimi rayonunun M.Əlizadə küçəsində yaşayan Qafar Yusifovun mənzilində yanğın baş verib.
Nəsimi rayonunun M.Əlizadə küçəsində yaşayan Qafar Yusifovun mənzilində yanğın baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnformatora verilən məlumata görə, Nəsimi rayonunun M.Əlizadə küçəsində yaşayan Qafar Yusifovun mənzilində yanğın baş verib.
Nəticədə ümumi sahəsi 20 kvm. olan 1 otaqlı evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra Q.Yusifovun meyiti tapılıb. Onun tüstüdən boğulması ehtimal olunur.
