00:00:00
Yazar
Admin User
20.05.2015 06:52 360 1 dəq oxuma
Sosial

Yanğında yaralanan xilasedici

Əleyhqazını ona verdi...
Yanğında yaralanan xilasedici

Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin baş leytenantı Şahverdiyev Xətai Akif oğludur. O, binadakı sakinlərdən birini xilas edən zaman yaralanıb. Bu barədə Xətainin özü məlumat verib:

“14-cü mərtəbədən Bilal adlı, orta yaşlı bir şəxsi xilas etdim. Əynimdəki döyüş paltarını, əleyhqazı ona verdiyim üçün özüm zəhərləndim, qolum kəsildi. Amma xilas edə bildim. Öz işimlə, peşəmlə fəxr edirəm. Hələ ki, bununla özümə təsəlli verirəm. İndi yaxşıyam, narahat olmayın”. 

Xilasedicinin atası Akif Şahverdiyev Xətainin artıq evə buraxıldığını qeyd edib:

“Tibbi müdaxilədən sonra səhhətinin o qədər də ağır olmadığı bildirilib, evə buraxılıb. Tanışların nəzərinə çatdırıram ki, sağ- salamatdır, səhhəti üçün heç bir təhlükə yoxdur. 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər