00:00:00
Yazar
Admin User
01.03.2016 07:10 838 1 dəq oxuma
İqtisadiyyat

Yanvarda dəmir yolu ilə 1,4 milyon ton yük, 157,8 min sərnişin daşınıb

Dəmir yolu nəqliyyatı ilə 2016-cı ilin yanvar ayında 1,4 milyon ton yük, 157,8 min sərnişin daşınıb.
Yanvarda dəmir yolu ilə 1,4 milyon ton yük, 157,8 min sərnişin daşınıb

Dəmir yolu nəqliyyatı ilə 2016-cı ilin yanvar ayında 1,4 milyon ton yük, 157,8 min sərnişin daşınıb. 

Dövlət Statistika Komitəsindən İnformator.az-a bildirilib ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə daşımalarda müvafiq olaraq 20,1 və 19,3 faiz azalma müşahidə olunub.

Orta hesabla sutkada 342 vaqon yüklənib, 331 vaqon boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 15 min ton, Qərb istiqaməti üzrə 3,6 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər