Yanvarın 17-dən hava pisləşəcək, qar yağacaq
Bakıda və Abşeron yarımadasında yanvarın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək və arabir güclənəcək.
Havanın temperaturu gecə 1-4, gündüz 7-11 dərəcə isti olacaq.
Rayonlarda gecə və səhər saatlarında duman, çiskin olacağı gözlənilir. Lənkəran-Astara bölgəsində isə yağıntılı olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-7 dərəcə isti olacaq.
Yanvarın 17-dən etibarən isə Azərbaycanda hava şəraiti qeyri sabit olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Temperatur aşağı enəcək. Qeyri-sabit hava şəraiti yanvarın 17-dən 19-na qədər davam edəcək.
LENT.AZ
