00:00:00
Yazar
Admin User
16.05.2015 10:06 475 1 dəq oxuma
Siyasət

YAP Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib

Azərbaycanın dövlət himni səsləndikdən sonra birliyin fəaliyyətindən bəhs edən film nümayiş olunub.
YAP Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib

Mayın 16-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.

Azərbaycanın dövlət himni səsləndikdən sonra birliyin fəaliyyətindən bəhs edən film nümayiş olunub.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov 2011-2015-ci illərdə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. O deyib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə gənclərin inkişafı üçün bütün imkanları yaradıb. Bu gün YAP-ın sıralarında 250 mindən çox gənc var. Bu da partiya üzvlərinin 40 faizini təşkil edir.

YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva birliyin təşkilati işləri barədə hesabat məruzəsi ilə çıxış edib.

Birliyin sədr müavini Ramin Məmmədovun qurumun beynəlxalq əlaqələri barədə hesabat məruzəsi dinlənilib. Bildirilib ki, hesabat dövründə 70-dək ölkədən 100-dən çox gənclər təşkilatı ilə əlaqələr qurulub.

Sonra konfransda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış ediblər.

Daha sonra təşkilati məsələlərə baxılıb.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər